“ASAN xidmət”in Afrikada tətbiqi daha da genişləndiriləcək

“ASAN xidmət”in Afrikada tətbiqi daha da genişləndiriləcək
23.06.2025 12:06 Sosial

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Efiopiya dövlətinə səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini Temesgen Tirunehlə görüşüb.

TodayPress TV xəbər verir ki, ​görüş zamanı Efiopiya tərəfi “ASAN xidmət” təcrübəsi əsasında qurulan “MESOB” mərkəzinin formalaşmasında göstərilən dəstəyə görə Azərbaycan Respublikasına təşəkkür edib.

Ölkəmizin qabaqcıl təcrübəsi əsasında burada fəaliyyət göstərən dövlət xidmətləri mərkəzlərinin sayının daha da artırılacağı diqqətə çatdırılıb.

​Dövlət Agentliyinin sədri “MESOB” dövlət xidmətləri mərkəzinin fəaliyyətinin vətəndaşların yüksək etimadını qazanacağına əminliyini ifadə edib və növbəti mərkəzlərin yaradılması zamanı Efiopiya tərəfinə dəstəyin göstərilməsinə hazır olduğunu qeyd edib.

​Səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə Afrika İttifaqı Komissiyası sədrinin müavini Selma Haddadi arasında da görüş keçirilib. Qarşı tərəfə “ASAN xidmət”, eləcə də dövlət xidmətlərinin göstərilməsi istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilən müxtəlif innovativ layihələr barədə təqdimat edilib.

Afrika İttifaqı Komissiyasının nümayəndəsi öz növbəsində “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını bildirib. O, bu təcrübənin İttifaqa üzv dövlətlərlə paylaşılması istiqamətində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Dövlət Agentliyinin sədri Efiopiyanın Süni İntellekt İnstitutunun rəhbəri, həmçinin İnvestiya Komissiyasının rəhbəri ilə də görüşüb. Görüşlər çərçivəsində dövlət xidmətləri sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

FOTOLAR

“ASAN xidmət”in Afrikada tətbiqi daha da genişləndiriləcək — 1
“ASAN xidmət”in Afrikada tətbiqi daha da genişləndiriləcək — 2
“ASAN xidmət”in Afrikada tətbiqi daha da genişləndiriləcək — 3
“ASAN xidmət”in Afrikada tətbiqi daha da genişləndiriləcək — 4
“ASAN xidmət”in Afrikada tətbiqi daha da genişləndiriləcək — 5
“ASAN xidmət”in Afrikada tətbiqi daha da genişləndiriləcək — 6
“ASAN xidmət”in Afrikada tətbiqi daha da genişləndiriləcək — 7
XƏBƏR LENTİ
01 IYUN 2026
NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 Bütün Xəbərlər