Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi

Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi
02.06.2026 19:19 Siyasət

İyunun 2-də Milli Məclisin İnsan hüquqları komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müraciət komitəsinin sədri Sunay Karamıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Türkiyə nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndiyini vurğulayıb

"Azərbaycan parlamentində olmaqdan məmnunluğunu ifadə edən TBMM-in Müraciət komitəsinin sədri Sunay Karamık parlamentlər səviyyəsində əməkdaşlığın gücləndirilməsi, qanunverici orqanların aidiyyəti komitələri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb", – deyə məlumatda bildirilib.

O, Türkiyə parlamentində vətəndaşlardan daxil olan ərizə, şikayət və müraciətlərin araşdırılması istiqamətində görülən işlərdən, vətəndaş məmnuniyyətinin artırılması mexanizmlərindən söhbət açıb.

Görüşdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əli-zadə, üzvləri Vüqar Rəhimzadə, Bəhruz Məhərrəmov, TBMM-in Müraciət komitəsinin sədr müavini Ahmet Salih Dal, komitənin üzvləri Ahmet Baran Yazgan, Abdürrahim Dusak, Ahmet Ersagun Yücel, TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək insan hüquqlarının müdafiəsi, vətəndaş müraciətlərinə baxılması sahəsində təcrübə mübadiləsi, habelə qanunvericilik fəaliyyətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar.

Həmçinin, TÜRKPA çərçivəsində əlaqələrin genişləndirilməsi, digər beynəlxalq platformalarda əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə TÜRKPA baş katibinin müavini Muhammet Alper Hayali, Türkiyə Respublikasının ölkəmizdəki səfiri Birol Akgün və digər rəsmi şəxslər iştirak ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Bütün Xəbərlər