Arzu Nağıyev: “Azərbaycan təxliyə prosesində humanist mövqe sərgilədi”

Siyasət

17.06.2025 17:17

İsrail və İran arasındakı münaqişə bölgədəki diplomatik nümayəndəliklərin, turistlərin və iş adamlarının təhlükəsizliyinə ciddi təsir göstərib. Onların bir çoxunun təxliyəsində İran-Azərbaycan sərhədindəki gömrük-keçid məntəqələrindən istifadə olunub.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev TodayPress TV-yə açıqlamasında bildirib ki, Azərbaycan quru sərhədlərinin bağlı olmasına baxmayaraq, humanist mövqe nümayiş etdirərək bu ölkələrə dəstək göstərib:

“Biz təxliyəyə ehtiyacı olan şəxslərin Azərbaycan vasitəsilə öz ölkələrinə çatmasına şərait yaratdıq. Bu, çox mühüm addımdır. Həmin şəxslərə ən yüksək səviyyədə xidmət göstərildi. Bu, Azərbaycanın regionda imicli və məsuliyyətli dövlət olduğunu bir daha sübut edir”.  

Deputat vurğulayıb ki, Azərbaycan prosesləri yüksək səviyyədə idarə etməklə yanaşı, beynəlxalq əməkdaşlıq və humanist dəyərlərə sadiqliyini də nümayiş etdirib.

Türkan İsgəndərli

tag: Arzu Nağıyev,Deputat,Azərbaycan,Təxliyyə,Todaypress.tv,