Yeni süni intellekt modeli epidemiyaların yayılmasını proqnozlaşdırır
Sağlamlıq
09.06.2025 05:00
Con Hopkins Universitetinin alimləri “PandemicLLM” adlı süni intellekt modeli hazırlayıblar. Model epidemiyaların yayılmasını 1–3 həftə əvvəldən proqnozlaşdıra bilir.
TodayPress TV xəbər verir ki, bu barədə “Nature Computational Science” jurnalı məlumat yayıb.
Model demoqrafiya, xəstəxanaya yerləşdirmə, vaksinasiya, maska rejimi və yeni virus ştammları kimi müxtəlif göstəriciləri nəzərə alır. COVID-19 pandemiyası zamanı ABŞ-də toplanmış 19 aylıq məlumatlar üzərində test edilən “PandemicLLM” əvvəlki sistemlərdən daha dəqiq nəticə göstərib.
Alimlər bu modeli quş qripi, meymunçiçəyi və digər virusların izlənməsi üçün də uyğunlaşdırmaq niyyətindədir. Hazırda “PandemicLLM” insan davranışlarını – məsələn, vaksin olunma qərarlarını da nəzərə alacaq şəkildə təkmilləşdirilir.
Qiymət Mahir
tag: Virus,Epidemiya,Xəstəlik,Süni İntellekt,todaypress.tv,