Qadın və kişi ürəkləri niyə fərqli döyünür?
Amerikalı alimlər qadınlarla kişilərin ürək ritminin niyə fərqli olduğunu müəyyən ediblər. Məlum olub ki, bu fərqin səbəbi ürəyin ritmini tənzimləyən genlərin fərqli işləməsidir.
TodayPress TV xəbər verir ki, Ohayo Universitetində aparılan araşdırmanın nəticələri “Circulation: Arrhythmia and Electrophysiology” jurnalında dərc olunub.
Tədqiqat göstərib ki, qadınların ürəyində “TBX3” və “HCN1” adlı genlər daha aktivdir. Bu genlər ürək döyüntüsünü sürətləndirir. Kişilərdə isə ürəkdə iltihaba və kollagen istehsalına cavabdeh olan genlər üstünlük təşkil edir. Bu da ürək ritminin pozulmasına, məsələn, aritmiyaya səbəb ola bilər.
Alimlərə görə, bu kəşf gələcəkdə ürək xəstəliklərinin cinsə görə fərqli müalicəsi üçün yeni imkanlar aça bilər.
Qiymət Mahir
tag: Qadın,Kişi,Ürək,Araşdırma,Amerika,TodayPress.TV,