Niyə görə tez qocalırıq?
Həkimlər erkən qocalmanın əsas səbəbləri barədə xəbərdarlıq ediblər.
TodayPress TV xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xroniki stres, keyfiyyətsiz və az yuxu, balanssız qidalanma, siqaret və alkoqol istifadəsi, həmçinin fiziki hərəkətsizlik orqanizmin vaxtından əvvəl yaşlanmasına gətirib çıxarır.
Dermatoloqlar qeyd edirlər ki, bu amillər dəriyə birbaşa təsir göstərərək qırışların yaranmasını, rəngin solmasını, elastikliyin itirilməsini və ümumi tonusun zəifləməsini sürətləndirir.
Eyni zamanda, düzgün qulluq edilməyən dəridə ultrabənövşəyi şüaların təsiri də erkən yaşlanmanı gücləndirə bilər.
Mütəxəssislər erkən qocalmanın qarşısını almaq üçün sağlam həyat tərzi, nizamlı yuxu rejimi, fiziki aktivlik, antioksidantlarla zəngin qidalarla qidalanma və günəşdən qoruyucu vasitələrdən istifadəni tövsiyə edirlər.
Türkan İsgəndərli
tag: Sağlamlıq,Dəri,Qocalma,Yaşlı,todaypress.tv,