Appendiks xərçəngi gənclər arasında sürətlə artır

Sağlamlıq

18.06.2025 18:40

Əvvəllər nadir rast gəlinən və əsasən yaşlılarda təsbit olunan appendiks (kor bağırsaq çıxıntısı) xərçəngi indi daha gənc nəsillər arasında sürətlə yayılır.

TodayPress TV verir ki, bu barədə “The Conversation” məlumat verir.

Yeni araşdırmaya əsasən, 1970-ci ildən sonra doğulan insanlar arasında appendiks xərçəngi halları 3-4 dəfə artıb. Əvvəllər həkimlərin bütün karyerası ərzində yalnız bir-iki dəfə rast gəldiyi bu xəstəlik indi getdikcə daha çox gənci əhatə edir.

Ümumilikdə bu növ xərçəng hələ də milyon insana düşən bir neçə halda müşahidə olunsa da, artım tempi diqqətçəkicidir. Xüsusilə vurğulanır ki, bu xərçəngə yoluxanların üçdə biri artıq 50 yaşdan aşağı insanlardır — bu isə digər mədə-bağırsaq xərçəngləri ilə müqayisədə daha yüksək göstəricidir.

Appendiks bədənin böyük bağırsağına birləşmiş kiçik bir çıxıntıdır və ən çox kəskin iltihab (appendisit) səbəbilə tanınır. Lakin son araşdırmalar göstərir ki, burada xəbərdarlıq əlamətləri olmadan xərçəng də inkişaf edə bilər.

Qiymət Mahir

tag: Xərçəng,Appendiks ,Xəstəlik,Gənc,Todaypress.tv,