Yaşlılar üçün qida rasyonu açıqlandı

Sağlamlıq

27.06.2025 18:40

Yaşlı insanlara şiitake, şampinzon və qalxan göbələklərini yemək məsləhət görülüb.

TodayPress TV xəbər verir ki, bu barədə "KP.ru" məlumat yayıb.

Bildirilib ki, bu göbələklər əsasən sudan ibarətdir və 100 qram təzə məhsulda 2-3 qram keyfiyyətli zülal ehtiva edir. Bunlar ənənəvi palıd göbələyi, qırmızı və ağ göbələkdən daha asan həzm olunur. Çünki sadalanan göbələklər daha sıx hüceyrə lifləri və yağda həll olunan maddələr ehtiva edir ki, bu da yaşlı insanların həzm sisteminə ağırlıq verə bilər.

Göbələklər güclü antioksidant olan ergotioneinin ən yaxşı mənbələrindən biri kimi təqdim olunub. Ergotionein lipidlərin peroksid oksidləşməsindən qoruyaraq sürətli yaşlanmağa mane olur. Bundan başqa, göbələklərdə olan spiridin maddəsi hüceyrələrin zədələnmiş komponentləri təmizləmə, orqan funksiyalarını dəstəkləmə və yaşa bağlı dəyişiklikləri ləngitmə qabiliyyətini artırır.

Araşdırmalara əsasən, göbələk istehlakı kognitiv pozuntuları və demensiya riskini azaldır.

Sonda yaşlılara həftədə iki-üç porsiya şampinzon və ya şiitake yemək tövsiyə edilib.

Töhfə Səməd 

tag: Yaşlı,İnsan,Göbələk,Ergotionein ,Todaypress.tv,