Səhər idmanı üçün ən faydalı hərəkətlər - MÜTƏXƏSSİS TÖVSİYƏSİ
Amerika Fitnes Şurasının fizioterapevtləri səhər idmanı üçün ən effektiv məşqləri açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Men Today" nəşri məlumat yayımlayıb.
Səhər məşqinə aşağıdakı hərəkətlərin daxil edilməsi tövsiyə edilir:
- yerdə yerimə və budları qaldırmaqla yerimə,
- bədənin yanlara döndürülməsi,
- yanlara addımlama və eyni zamanda qolların qaldırılması,
- diz qaldıraraq bədəni burmaq hərəkəti,
- ayağın bədənə çəkilməsi,
- çömbəlmə ilə “ulduz” hərəkəti.
Ekspertlər bu hərəkətlərin iki dövrə şəklində yerinə yetirilməsini tövsiyə edir.
Bildirilib ki, səhər idmanı əhval-ruhiyyəni və yuxu keyfiyyətini yaxşılaşdırır, qan təzyiqini azaldır. Bundan əlavə, səhər saatlarında edilən məşqlər çəki azaltmağa da daha çox kömək edir. Belə ki, günün birinci yarısında aparılan fiziki fəaliyyət çəki itkisini daha da sürətləndirir.
Töhfə Səməd
tag: İdman,Səhər,Hərəkət,Aktivlik,todaypress.tv,