Dişləri nə vaxt fırçalamaq lazımdır?

Sağlamlıq

18.06.2025 19:15

Səhər yeməyindən əvvəl dişləri fırçalamaq ağız sağlamlığı baxımından daha faydalı sayılır. 

TodayPress TV xəbər verir ki, gecələr tüpürcək ifrazının azalması ağızda bakteriyaların çoxalmasına şərait yaradır. 

Bu bakteriyalar səhər yeməyində şəkər və turşulu qidalarla təmasda olduqda kariyes və diş minasının zədələnməsi riskini artıran turşular ifraz edir.

Araşdırmalar göstərir ki, diş pastası yeməkdən əvvəl istifadə edildikdə mina üzərində qoruyucu qat yaradır. Bu, xüsusilə qəhvə və ya turşulu meyvələr kimi maddələrə qarşı dişləri daha dayanıqlı edir. Eyni zamanda, dişlərin fırçalanması tüpürcək ifrazını artıraraq ağız boşluğunda təbii qoruma mexanizmini gücləndirir.

Bu səbəblə səhər yeməyindən əvvəl dişləri fırçalamaq daha məqsədəuyğun hesab olunur.

Türkan İsgəndərli

tag: Diş,Fırça,Səhər,Məcun,Todaypress.tv,