"D" vitamini çatışmazlığının ciddi təsirləri

Sağlamlıq

26.05.2025 06:39

2

Son illərdə müxtəlif ölkələrdə aparılan araşdırmalar "D" vitamini çatışmazlığının həm uşaqlar, həm də böyüklər arasında geniş yayıldığını göstərir. 

TodayPress TV xəbər verir ki, bu vitaminin azlığı sümük zəifliyi, əzələ ağrıları, immun sisteminin zəifləməsi və depressiya riskini artırır.

Mütəxəssislər bildirirlər ki, xüsusilə şəhər mühitində yaşayan, günəş işığına az çıxan və balanssız qidalanan insanlar daha çox risk altındadır.

"D" vitamini süd məhsulları, yumurta, balıq və günəş vannası vasitəsilə təmin oluna bilər. Bəzi hallarda isə əlavələrin qəbulu tövsiyə edilir.

Ümumdünya Səhiyyə Təşkilatı bu problemi prioritet məsələ kimi qeyd edərək, ölkələri əhalini maarifləndirməyə və qida məhsullarını "D" vitamini ilə zənginləşdirməyə çağırır.

Türkan İsgəndərli

tag: D vitamini,Sağlamlıq,Sümük,Əzələ,todaypress.tv,