Şirniyyatlar insan psixologiyasına təsir edir

Sağlamlıq

01.09.2025 18:45

London Universitetində aparılan elmi tədqiqatlara görə, şirniyyatların, xüsusilə də tortların istehlakı insan psixologiyasına müsbət təsir göstərir.

TodayPress TV xəbər verir ki, araşdırma nəticələrinə əsasən, tort kimi şirniyyatlar beyində "xoşbəxtlik hormonu" kimi tanınan serotonin və dopaminin ifrazını artırır. Bu hormonlar isə qısa müddətli olsa da, insanın əhval-ruhiyyəsini yüksəldir, stress səviyyəsini aşağı salır.

Alimlər bildiriblər ki, tortun doğum günü və digər sosial tədbirlərdə ən çox seçilən şirniyyat olması heç də təsadüfi deyil. Onun tərkibindəki şokolad, vanil və şəkər maddələri beyinə stimullaşdırıcı təsir göstərir və sevinc hissini artırır. Eyni zamanda tort simvolik olaraq birlik, paylaşma və xoşbəxt anların rəmzi kimi qəbul olunur.

Bununla yanaşı, mütəxəssislər tortun həddindən artıq istehlakının sağlamlıq üçün zərərli ola biləcəyinə də diqqət çəkiblər. Onlar balanslı və nəzarətli istifadə halında tortun həm psixoloji, həm də sosial faydalarının olduğunu vurğulayıblar.

Türkan İsgəndərli

tag: Şirniyyat,Hormon,Vanil,Şokolad,Todaypress.tv,