Parasetamolun təsiri ilə bağlı sirr açıldı

Sağlamlıq

19.06.2025 12:40

Parasetamol baş ağrısı, hərarət və menstruasiya ağrılarına qarşı dünyanın hər yerində istifadə edilən məşhur dərmandır. Amma alimlər bu günə qədər onun tam olaraq necə işlədiyini tam başa düşmürdülər.

TodayPress TV xəbər verir ki, Yerusəlimdəki Yəhudi Universitetinin alimləri parasetamolun yalnız beyinə deyil, həm də bədənin digər yerlərində, xüsusən də ağrını ilk hiss edən sinir uclarına təsir etdiyini ortaya çıxarıblar.

Parasetamol bədənə daxil olduqdan sonra qaraciyərdə AM404 adlı maddəyə çevrilir. Bu maddə sinir uclarında yaranaraq ağrı siqnallarını beyinə ötürən kanalları bağlayır. Nəticədə insan ağrını daha az hiss edir.

Alimlər deyirlər ki, bu kəşf gələcəkdə yeni və daha təhlükəsiz ağrıkəsicilərin hazırlanmasına kömək edə bilər. Belə dərmanlar yalnız ağrı olan hissəyə təsir edə bilər və əzələ zəifliyi kimi yan təsirləri yaratmaz.

Qiymət Mahir

tag: Parasetamol ,Dərman,Tibb,Ağrıkəsici,Todaypress.tv,