Qripə qarşı yeni dərman preparatı hazırlandı

Sağlamlıq

11.09.2025 18:30

ABŞ-nin Cekson Laboratoriyasının alimləri qripin, o cümlədən quş və donuz qripinin müxtəlif növlərinə qarşı təsirli olan yeni eksperimental terapiya hazırlayıblar. 

TodayPress TV xəbər verir ki, "Science Advances" jurnalında dərc olunub.

Bildirilir ki, mövcud qrip dərmanları tez-tez effektivliyini itirir. 

Çünki virus mutasiyaya uğrayır. Yeni terapiya isə bu problemi aradan qaldırır. Elm adamları üç xüsusi antikordan ibarət "kokteyl" hazırlayıblar. Antikorlar virusla yoluxmuş ağciyər hüceyrələrini tanıyır. Nəticədə bədən hüceyrələri məhv edir və infeksiyanı təmizləyir.

Yeni dərman virusun "M2" adlı zülalının dəyişməz hissəsini hədəf alır. Həmin hissə bütün qrip viruslarında eyni olur və mutasiyaya uğraması çətindir. Bu da terapiyanı daha davamlı edir.

Alimlər hazırda antikorların insanlar üçün uyğun versiyasını hazırlayırlar. Gələcəkdə dərman mövsümi qrip epidemiyalarında və pandemiyalar zamanı təcili müdafiə vasitəsi kimi istifadə oluna bilər.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Qrip,Dərman,Xəstəlik,Vaksin,Todaypress.tv,