Əllərdə və ayaqlarda keyimə hansı hallarda təhlükəlidir?

Sağlamlıq

25.09.2025 19:30

Əllərdə və ayaqlarda hiss olunan keyimə bəzən müvəqqəti və zərərsiz olsa da, müəyyən hallarda bu simptom ciddi xəstəliklərin əlaməti ola bilər.

TodayPress TV xəbər verir ki, mütəxəssislərin fikrincə, əksər hallarda keyimə bədənin soyuması və ya narahat vəziyyətdə uzun müddət qalması ilə bağlıdır. 

Məsələn, kompüter qarşısında "ayaq ayaq üstə" pozasında oturmaq sinirlərə və qan dövranına təzyiq göstərə bilər ki, bu da ətraflarda keçici keyiməyə səbəb olur. Pozisiya dəyişdirildikdə və ya bədən hərəkətə gəldikdə bu hiss tezliklə keçir.

Lakin bəzi hallarda bu simptomlar daha ciddi sağlamlıq problemlərindən xəbər verə bilər. Məsələn, ateroskleroz kimi damar xəstəlikləri zamanı damarların içərisində xolesterin yığıntıları (lövhəciklər) əmələ gəlir, bu isə qan dövranının zəifləməsinə və nəticədə əllərdə, ayaqlarda keyimə hissinin yaranmasına səbəb ola bilər.

Bu cür hallarda simptomlar mütəmadi olaraq təkrarlanırsa və uzun müddət keçmirsə, mütləq şəkildə həkim müayinəsinə ehtiyac var.

Türkan İsgəndərli

TodayPress TV

tag: Keyləşmə,Əl,Ayaq,Bədən,Todaypress.tv,