Qəhvəni daha faydalı hala gətirməyin yolları
Sağlamlıq
08.07.2025 19:30
Qəhvə gündəlik rasionda ən çox istifadə olunan içkilərdən biridir və mütəxəssislər onun sağlamlığa olan təsirini artırmaq üçün bəzi təbii inqrediyentlərin əlavə edilməsini tövsiyə edirlər.
TodayPress TV xəbər verir ki, bu əlavələr, həm qəhvənin dadını zənginləşdirə, həm də orqanizmə əlavə faydalar verə bilər.
Mütəxəssislər qeyd edirlər ki, darçın qəhvəyə əlavə olunduqda qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edə bilər. Süd və bal isə xüsusilə idmandan sonra bədənin daha tez bərpa olunmasına şərait yaradır.
Həmçinin, immun sistemini gücləndirmək üçün zəncəfil ilə hazırlanan içkilər tövsiyə olunur. Daha az yayılan, lakin faydalı hesab edilən birləşmələrə çuğundur tozu və kakao əlavə olunan qəhvə də daxildir. Bu əlavələrdən birincisi qan təzyiqini aşağı salmaq, ikincisi isə idrak funksiyalarını yaxşılaşdırmaq baxımından faydalı hesab olunur.
Beləliklə, gündəlik içilən qəhvə bir neçə sadə əlavənin köməyi ilə həm dadlı, həm də sağlamlıq üçün daha faydalı hala gətirilə bilər.
Türkan İsgəndərli
tag: Qəhvə,Kofe,Sağlamlıq,Qida,Todaypress.tv,