Qan təzyiqini aşağı salan məhsullar hansılardır?

Sağlamlıq

09.10.2025 19:00

Mütəxəssislərin fikrincə, bəzi qidalar qan təzyiqini təbii şəkildə aşağı salmağa kömək edə bilər. Onların sözlərinə görə, bu təsir əsasən damarların genişlənməsini və qan axınının yaxşılaşmasını təmin edən maddələrlə bağlıdır.

TodayPress TV xəbər verir ki, birinci qrup qidalar tərkibindəki bioflavonoidlər sayəsində damarların elastikliyini artırır.

Bu qrupa nar və portağal suyu, kakao və qara şokolad kimi məhsullar daxildir.

İkinci qrup isə azot birləşmələri ilə zəngin qidalardır. Onlar damarların divarlarını rahatlaşdıraraq təzyiqin yumşaq şəkildə azalmasına səbəb olur. Bu xüsusilə çuğundur və təzə sıxılmış çuğundur suyunda özünü göstərir.

Bundan əlavə, balıq yağı da hipertoniyadan əziyyət çəkənlər üçün faydalı hesab olunur. Skumbriya və siyənək kimi balıqlar bu baxımdan yaxşı seçimdir, lakin onların duzlu variantlarından uzaq durmaq tövsiyə olunur, çünki duz təzyiqi artıra bilər.

Həkimlər həmçinin optimal qan təzyiqinə nəzarət üçün pəhrizdə likopen və maqneziumla zəngin məhsullara yer verməyi məsləhət görürlər. Likopen qırmızı meyvələrdə, maqnezium isə tam taxıllarda, yaşıl tərəvəzlərdə, qoz-fındıqda və paxlalılarda olur.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Qan ,Təzyiq,Qida,Sağlamlıq,Todaypress.tv,