Enerji içkilərinin dişə faydaları aşkarlandı

Sağlamlıq

09.07.2025 18:45

Braziliyalı alimlər müəyyən ediblər ki, enerji içkilərinə kalsium, kalium və fosfor kimi minerallar əlavə olunarsa, bu içkilər diş minasına daha az ziyan vura bilər. 

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "medRxiv" saytında dərc olunub.

Məlumdur ki, enerji içkiləri tərkibindəki şəkər və turşuluq səbəbindən diş minasını zəiflədir, həssaslıq və eroziya yaradır. Alimlər bu təsirin qarşısını almaq üçün enerji içkilərinə müxtəlif kalsium birləşmələri əlavə edib və onların təsirini yoxlayıblar.

Nəticədə məlum olub ki, mineral əlavəli içkilər diş minasını daha yaxşı qoruyur. Nəticədə turşuluq azalır, mina daha az zədələnir. Ən yaxşı nəticə kalsium, kalium və fosfor qarışığında müşahidə olunub.

Alimlər bildirirlər ki, bu nəticələr gələcəkdə dişlərə daha az zərər verən enerji içkilərinin hazırlanmasına kömək edə bilər. Yeni araşdırmalarda bu maddələrin təsiri daha ətraflı öyrəniləcək.

Türkan İsgəndərli

tag: Qazlı içki,Braziliya,Enerji,Diş,Todaypress.tv,