İmmunitet sistemi bədənə zərər də verə bilər
Sağlamlıq
18.09.2025 18:45
ABŞ-nin Kanzas Universitetinin Onkologiya Mərkəzinin alimləri müəyyən ediblər ki, güclü immunitet bədənin xroniki iltihab vəziyyətinə düşməsinə səbəb ola bilər.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri “eLife” elmi portalında dərc olunub.
Alimlər immun sisteminin infeksiyalarla mübarizəsində əsas rol oynayan hüceyrə ölümü — piroptoz prosesini öyrəniblər. Bu zaman immun hüceyrələri özlərini məhv edir, nəticədə güclü iltihabi reaksiya yaranır və bədən daha tez virus və ya bakteriyalardan azad olur.
Araşdırma göstərib ki, piroptozu başladan xüsusi zülallar bəzən heç bir infeksiya olmadan da öz-özünə aktivləşir. Bu isə zəif, lakin daimi iltihab yaradır və yaş artdıqca xərçəng, demensiya və depressiya kimi xəstəliklərin riskini artırır.
Eksperimentlərdə məlum olub ki, bəzi immun hüceyrələrdə bu zülalların səviyyəsi o qədər yüksəkdir ki, belə təsadüfi proseslər ömür boyu mütəmadi şəkildə baş verə bilər.
Qiymət Mahir
tag: ABŞ,İmmunitet,Sistem,Zərər,Todaypress.tv,
