Həbsdə olmaq sağlamlığa təsir edir

Sağlamlıq

08.10.2025 19:15

ABŞ-də aparılan bir tədqiqat göstərib ki, keçmişdə həbsdə olunan yaşlı insanlar (50 yaşdan yuxarı) heç vaxt həbs olunmayan yaşıdlarına nisbətən daha pis fiziki və əqli sağlamlığa malikdirlər. 

TodayPress TV xəbər verir ki, nəticələr "Journal of the American Geriatrics Society" jurnalında dərc olunub.

Sorğu 50 yaşdan yuxarı 1318 nəfər arasında aparılıb. Onların 21 faizi həyatında ən azı bir dəfə həbs olunub. Bu şəxslərin çoxu kişilər, subaylar və aşağı gəlir, təhsilli insanlar olub.

Tədqiqat göstərib ki, həbsdə olmaq fiziki sağlamlığın pis olma riskini 90% artırır. 

Mütəxəssislər hesab edirlər ki, həkimlər pasiyentlərin həbs tarixini nəzərə almalı və onları keçmiş məhbuslara dəstək göstərən sosial xidmətlərə yönləndirməlidirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Həbs,İnsan,Sağlamlıq,Fiziki,Todaypress.tv,