Mayda qarpız yeyənlərin NƏZƏRİNƏ

Sağlamlıq

20.05.2025 12:00

11

May ayında satışa çıxarılan qarpızlar çox vaxt qapalı şəraitdə – istixanalarda yetişdirilir. 

TodayPress TV xəbər verir ki, bu cür şəraitdə bostan bitkilərinin böyüməsini sürətləndirmək üçün tez-tez azot əsaslı gübrələr, xüsusilə nitratlar istifadə olunur.

Bu səbəbdən may qarpızlarının tərkibində nitratların miqdarı yüksək ola bilər.

Nitratlar uzun müddət meyvə toxumasında qala bildiyi üçün, bu cür məhsullar zəhərlənmə riski yarada bilər.

Ekspertlər bildirirlər ki, belə qarpızların həddindən artıq istehlakı qusma, həzmsizlik və ümumi bədən zəifliyi kimi simptomlara səbəb ola bilər.

Tövsiyə olunur ki, qarpızlar yalnız mövsümündə, avqust və sentyabr aylarında alınıb istehlak edilsin və qeyri-mövsüm dövründə bu məhsullardan az miqdarda istifadə edilsin.

Türkan İsgəndərli

tag: May,Qarpız,Zəhərlənmə,Giləmeyvə,todaypress.tv,