Kaju uşaqlarda ağır allergiyalara səbəb olur
Sağlamlıq
11.07.2025 18:30
Berlinin “Charite” klinikasının alimləri müəyyən edib ki, kaju fındığı uşaqlarda ağır allergik reaksiyaların əsas səbəblərindən birinə çevrilib.
TodayPress TV xəbər verir ki, 2007–2024-cü illər üzrə 5945 qida allergiyası arasında 1389-u ağac fındıqları ilə bağlı olub.
Uşaqlarda ən çox ağır reaksiya kajuya qarşı müşahidə edilib – 334 halda anafilaksiya qeydə alınıb. Bu, fındıq (211 hal) və qozu (146 hal) geridə qoyub.
Allergik reaksiya çox vaxt çox az miqdarda, hətta çay qaşığından da az kaju yeyildikdə baş verir. Zərərçəkənlərin əksəriyyəti isə əvvəlcədən bu allergiyadan xəbərsiz olub.
Təcili yardım üçün adrenalin iynəsi yalnız 13% uşağa tətbiq edilib. Mütəxəssislər ciddi allergiyaların qarşısını almaq üçün valideynləri diqqətli olmağa çağırırlar.
Qiymət Mahir
tag: Berlin,Keşu ,Uşaq,Fındıq,Todaypress.tv,