İcbari tibbi sığorta çərçivəsində 3315 adda tibbi xidmət təqdim olunur
Sağlamlıq
20.06.2025 11:33
“İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara 3315 adda tibbi xidmət təqdim olunur”.
TodayPress TV xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova Qobustan RMX-də keçirilən mediatur çərçivəsində məlumat verib.
Onun sözlərinə görə, xidmətlər əsasən ölüm riski yüksək olan və son 5 ildə əlilliyə səbəb olan xəstəliklərə yönəlib.
“İlin sonuna doğru ambulator şəraitdə yazılan bəzi dərman vasitələrinin də xidmət paketinə daxil edilməsi planlaşdırılır. Bunlara həzm sistemi ilə bağlı dərmanlar və digər preparatlar daxildir.
Eyni zamanda kardioloji, travmatoloji, oftalmoloji və digər sahələr üzrə xidmətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur”.
Töhfə Səməd
tag: TƏBİB,Mediatur,Tədbir,Qobustan,Todaypress.tv,