Zehni yorğunluq həyatımıza necə təsir edir? Mütəxəssislər AÇIQLADI

Sağlamlıq

25.07.2025 18:15

Zehni yorğunluq dövrümüzün ən gizli, lakin təsirli problemlərindən biridir.

TodayPress TV xəbər verir ki, psixoloqların sözlərinə görə, bu hal diqqət dağınıqlığı, unutqanlıq və qərar vermə çətinliyi kimi simptomlarla özünü göstərir.

Sürətli informasiya axını və sosial media beyinə fasiləsiz təzyiq yaradır. Mütəxəssislər bildirir ki, beyin məhdud enerjiyə malikdir və bu sərf olunduqda effektivliyini itirir. Zehnimizin heç boş qalmaması isə onu davamlı oyaq və gərgin saxlayır.

Psixoloqlar qeyd edir ki, real psixoloji dincəlmə yalnız informasiya axınından və qərarvermə prosesindən uzaqlaşmaqla mümkündür. Bununla yanaşı, zehni istirahət üçün təbiətlə təmas, rəqəmsal fasilə və anı hiss etmək də vacibdir. Çünki dərin yuxu və tətil faydalı olsa da, planlı və sıx proqramlar əks təsir göstərə bilər. Əsl istirahət isə məlumat axınını azaltmaq və qərarların sayını minimuma endirməklə əldə olunur.

Əks təqdirdə yaddaş pozuntuları, tükənmişlik sendromu və həyat keyfiyyətində ciddi enişlər müşahidə oluna bilər.

Zihni təravətləndirən kiçik addımlar isə bunlardır:

Telefonsuz qısa gəzintilər

Dərin nəfəs məşqləri

Təbiətdə səssiz anlar keçirmək

Musiqi dinləmək və yazmaq

Töhfə Səməd


tag: Zehni yorğunluq,Diqqət,Psixoloq,Tükənmişlik,Todaypress.tv,