"Fast food"un bitməyən zərərləri - Cəmi bir neçə gündə...

Sağlamlıq

21.05.2025 18:00

5

"Fast food" və yüksək doymuş yağlı yeməklər qısa müddət ərzində bağırsağın təbii müdafiə mexanizmlərini zəiflətməyə başlayır.

TodayPress TV xəbər verir ki, bu barədə “Immunity” jurnalında dərc olunub.

Təcrübə zamanı siçanlara "fast food" tipli yüksək yağlı qidalar verilib. Artıq ikinci gündə onların bağırsağında toxuma bərpası və qorunması üçün vacib olan "IL-22" zülalının səviyyəsi azalıb. Xaricdən sağlam görünmələrinə baxmayaraq, siçanların bağırsaqlarında iltihab prosesi başlayıb.

Alimlər xəbərdarlıq edir ki, bu cür gizli iltihab zamanla xroniki xəstəliklərə səbəb ola bilər. Buna görə, "fast food"dan imtina etmək və doymuş yağları qoz-fındıq, zeytun yağı, avokado kimi doymamış yağlarla əvəzləmək lazımdır.

Türkan İsgəndərli

tag: Fast food,Qida,Doymuş yağ,Bağırsaq,todaypress.tv,