Elektrikli diş fırçasını necə istifadə etmək lazımdır?
Sağlamlıq
12.09.2025 19:45
Stomatoloqlar bildiriblər ki, insanların elektrikli diş fırçasından istifadə edərkən ən çox etdiyi səhv onu adi diş fırçası kimi işlətmələridir.
Bu vərdiş diş ətinə və diş minasına zərər verə bilər.
TodayPress TV xəbər verir ki, elektrikli diş fırçası istifadə edərkən, fırça başlığını diş ətinə 45 dərəcə bucaq altında yerləşdirmək və fırçanı hər bir dişin üzərində yavaş-yavaş hərəkət etdirmək lazımdır.
Mütəxəssislərin fikrincə, fırçanı soldan sağa hərəkət etdirmək düzgün deyil və bu yanaşmadan çəkinmək lazımdır. Eyni zamanda, fırçaya çox güc tətbiq etmək də tövsiyə edilmir. Çünki bu, fırçanın tüklərinin əyilərək diş aralarına çatmasının qarşısını alır və nəticədə təmizlik qeyri-effektiv olur.
Türkan İsgəndərli
tag: Diş,Fırça,Elektrik,Sağlamlıq,Todaypress.tv,