Çuğundurun inanılmaz faydaları

Sağlamlıq

24.07.2025 19:30

Böyük Britaniyanın Exeter Universitetinin alimləri yaşlı insanlarda çuğundur şirəsinin qan təzyiqinə təsirini araşdırıblar.  

TodayPress TV xəbər verir ki, tədqiqat “Free Radical Biology and Medicine” jurnalında dərc olunub. 

Araşdırmaya görə, nitratlarla zəngin çuğundur suyu yaşlılarda ağız mikrobiomunu dəyişdirərək qan təzyiqini əhəmiyyətli dərəcədə azalda bilər. 

Tədqiqat çərçivəsində 60-70 yaş arası 36 nəfər və 39 gənc iştirakçı 2 həftə ərzində gündə iki dəfə çuğundur şirəsi qəbul ediblər.  

Nəticələr göstərib ki, yaşlı iştirakçıların ağız mikrobiomunda “Prevotella" kimi zərərli bakteriyaların azalması, “Neisseria” kimi faydalı bakteriyaların isə artması müşahidə olunub. 

Bu mikrobiom dəyişiklikləri sayəsində nitratların qan damarlarının genişlənməsinə təsir edən nitrik oksid molekuluna çevrilməsi daha effektiv baş verib. Beləliklə, yaşlı iştirakçıların qan təzyiqi nəzərəçarpacaq dərəcədə enib. Gənc iştirakçılarda isə bu cür dəyişikliklər müşahidə olunmayıb. 

Aysel Mətləb

tag: Çuğundur,Tədqiqat,Xəstəlik,Araşdırma,Todaypress.tv,