Aralıqlı oruc tutmağın bir çox faydaları aşkarlandı
Sağlamlıq
13.06.2025 13:53
Son illər populyarlığı artan aralıqlı oruc (intermittent fasting) metodu, yalnız çəki vermək üçün deyil, həm də sağlamlığın ümumi vəziyyətini yaxşılaşdırmaq üçün effektiv strategiya kimi tanınır.
TodayPress TV xəbər verir ki, "16:8" metodu 24 saatlıq dövrün 16 saatını oruclu, 8 saatını isə qida qəbuluna sərf etməyə əsaslanır.
Bu sistem bədənin insulina qarşı həssaslığını artırır, yağ yandırma prosesini sürətləndirir və iltihabı azalda bilər. Bir çox insan bu metodu həyat tərzi halına gətirərək həm çəkilərini sabit saxlayır, həm də enerji səviyyələrini yüksək tutur.
Mütəxəssislər bildirir ki, səhər saat 10:00-dan axşam saat 18:00-a kimi yemək vaxtı təyin olunaraq başlanıla bilər. Oruc zamanı yalnız su, şəkərsiz çay və qəhvə içmək tövsiyə olunur.
Türkan İsgəndərli
tag: Oruc,Pəhriz,Su,Çəki,Todaypress.tv,