Dişlərin qaralmasına səbəb nədir?

Sağlamlıq

26.07.2025 18:30

Dişlərin rəngində dəyişiklik yalnız estetik problem deyil, həm də ağız sağlamlığının göstəricisi ola bilər. 

TodayPress TV xəbər verir ki, dişlərin qaralması əsasən qəhvə, çay və qırmızı şərab kimi içkilərin çox istifadəsi ilə əlaqələndirilir.

Bundan əlavə, bəzi dərmanlar və siqaret istifadəsi də dişlərin rənginin dəyişməsinə səbəb ola bilər. Siqaret tüstüsündəki nikotin və qatran diş minasının sarımtıl və boz rəng almasına gətirib çıxarır, eyni zamanda ağızda müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır ki, bu da dişlərin vəziyyətini daha da pisləşdirir.

Həmçinin, dişlərin ağardılması zamanı düzgün olmayan üsulların tətbiqi mina qatına kimyəvi zərər verərək, dişlərin qaralmasına səbəb ola bilər. Buna görə, ağız sağlamlığının qorunması üçün düzgün qidalanma, siqaretdən uzaq durmaq və mütəxəssis nəzarətində diş baxımı önəmlidir.

Türkan İsgəndərli

tag: Diş,Çürük,Ağız,Stomatoloq,todaypress.tv,