Alimlər süni qanın kütləvi istehsalına yaxınlaşır

Sağlamlıq

10.07.2025 19:30

Londonun Kraliça Mariya Universitetinin alimləri laboratoriyada süni qan hüceyrələrinin yaradılmasını daha effektiv edən üsul kəşf ediblər.

TodayPress TV xəbər verir ki, tədqiqatçılar eritrositlərin (qırmızı qan hüceyrələrinin) formalaşmasında "CXCL12" adlı zülalın mühüm rol oynadığını müəyyən ediblər.

Bu zülal hüceyrələrin nüvədən azad olmasına kömək edir, bu isə eritrositin tam formalaşması üçün vacib mərhələdir.

Normalda bu proses sümük iliyində baş verir. Lakin laboratoriya şəraitində bu mərhələ zəif nəticə verir. "CXCL12" əlavə edildikdə hüceyrələrin formalaşma faizi əhəmiyyətli dərəcədə artır.

Alimlər hesab edir ki, bu üsul gələcəkdə nadir qan qruplarının istehsalı, fərdi müalicələr və donor çatışmazlığının həlli üçün istifadə oluna bilər.

Qiymət Mahir

tag: London,Kraliça Mariya Universiteti,CXCL12,Alim,Todaypress.tv,