Abşeron Xəstəxanasında QALMAQAL: Uşaqlar bu virusa görə ölürlər? RƏSMİ AÇIQLAMA
Sağlamlıq
06.08.2025 17:46
Xəstəxananın Uşaq şöbəsində çimərliklərdən gətirilən azyaşlılarda bağırsaq infeksiyası hallarının artması və bir uşağın bu səbəbdən vəfat etməsi ilə bağlı məlumatlar gerçək deyil.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qurumun məlumatına görə, şöbəyə edilən müraciətlər epidemioloji xarakter daşımır, kütləvi yoluxma qeydə alınmayıb və ağır klinik vəziyyət müşahidə edilməyib.
Eyni zamanda vurğulanıb ki, bu xəbəri yayan şəxs xəstəxananın əməkdaşı deyil.
“Bir daha bildiririk ki, yayılan məlumat tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır", – deyə xəstəxananın açıqlamasında qeyd olunub.
Qeyd edək ki, isti dənizlərdə inkişaf edən vibrio bakteriyaları açıq yaralardan daxil olaraq ölümcül infeksiyalara səbəb ola bilir. Türkiyə sahillərində də aşkar edilən bu bakteriyadan sonra mütəxəssislər açıq yaralarla üzmək və çiy dəniz məhsullarından uzaq durmaq barədə xəbərdarlıq edib.
Türkan İsgəndərli
tag: Sorğu,Xəstəxana,İnfeksiya,Xəbər,Todaypress.tv,