Yeni parkda gənc rəssamların sərgisi keçirildi

Yeni parkda gənc rəssamların sərgisi keçirildi
19.06.2025 09:38 Mədəniyyət

Son illər ölkə başısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakının yeni istirahət parklari ilə zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir. Qlobal ekoloji böhran fonunda şəhərlərin qədimliyinin qorunması ilə yanaşı, müasirləşməsi və ətraf mühitin qorunması, problemlərin həlli istiqamətində paytaxtda genişmiqyaslı tədbirlər görülür.

TodayPress TV xəbər verir ki, bu qəbildən bir neçə ay əvvəl metronun “Gənclik” stansiyasının yaxınlığında istifadəyə verilən yeni park artıq şəhər sakinləri və qonaqların sevimli gəzinti və istirahət məkanına çevrilib.

Burada təşkil edilən kütləvi tədbir və konsertlər parkı gənclər üçün daha cəlbedici edir.

Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi, Azərbaycan Rəssamlıq Akademiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkil etdiyi “Yeni park gənc rəssamların gözü ilə” adlanan tədbir-sərgi məhz günü-gündən gözəlləşən və parklar şəhəri adlandırılan Bakı şəhərinin bu yeni parkına həsr edilib. 

Rəssamlıq Akademiyasının müəllim və tələbələri, gənc rəssamlar, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə Akademiya tələbələrinin yeni parka həsr edlən 40-dan çox əl işi nümayiş etdirilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən  Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Natiq Əliyev, Regional İnkişaf İctimai Birliyinin şöbə müdiri Aqşin Oruclu, Akademiyanın prorektoru Səlhab Məmmədov, gənc rəssam Sevinc Gəncəliyeva  sərginin əhəmiyyəti, onun gənc rəssamlar arasında maraqla qarşılanması, rəsm əsərlərində parkın özəlliklərinin xüsusi olaraq vurğulanması barədə danışmış, bu kimi sərgilərin digər parkların ərazilərində təşkil edilməsinin maraqla qarşılanacağını bildirmişlər. 

Rəsm əsərləri Azərbaycan Rəssamlıq Akademiyasının münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk üç yerin qalibləri müəyyənləşdirilib — Fatimə Əliyeva birinci yerə, Leylahon Nurmetova ikinci yerə və Sevinc Gəncəliyeva, Nigar Qasımova, Aydan Qurbanova və Narın Zeynalabduyeva üçüncü yerə layiq görülüblər.

Sərginin  qaliblərinə pul mükafatları və sertifikatlar, digər iştirakçılara  sertifikatlar təqdim edilib.

FOTOLAR

Yeni parkda gənc rəssamların sərgisi keçirildi — 1
Yeni parkda gənc rəssamların sərgisi keçirildi — 2
Yeni parkda gənc rəssamların sərgisi keçirildi — 3
Yeni parkda gənc rəssamların sərgisi keçirildi — 4
Yeni parkda gənc rəssamların sərgisi keçirildi — 5
Yeni parkda gənc rəssamların sərgisi keçirildi — 6
Yeni parkda gənc rəssamların sərgisi keçirildi — 7
Yeni parkda gənc rəssamların sərgisi keçirildi — 8
Yeni parkda gənc rəssamların sərgisi keçirildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Bütün Xəbərlər