“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi

“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi
16.07.2025 14:26 Mədəniyyət

15 iyul tarixində “Vaqif Poeziya Günləri” öz poetik yolunu qədim Gəncə şəhərində davam etdirdi. Qazaxdan başlanan poeziya marafonu Gəncənin zəngin mədəni mühitində yeni nəfəs aldı və söz sevərləri bir araya gətirdi.

TodayPress TV xəbər verir ki, günün ilk yarısında şəhərin ədəbiyyat həvəskarları üçün Mir Cəlal Paşayevin Ev Muzeyində “Poeziya saatı” təşkil olundu.

Tədbirdə tanınmış yazıçı və şairlər çıxış edərək poeziyanın insan ruhuna toxunan sehrindən söz açdılar. İştirakçılar poeziyanın yalnız yazılı misralardan ibarət deyil, zaman və məkan arasında körpü salan mənəvi dəyər olduğunu bir daha hiss etdilər.

Günün ikinci yarısında isə Gəncə Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə təşkil olunmuş konsert proqramı poeziya bayramına xüsusi rəng qatdı, musiqi və söz harmoniyasını bir araya gətirdi.

“Vaqif Poeziya Günləri” Gəncədə bir daha sübut etdi ki, poeziya insan ruhunun ən saf və dərin ifadəsidir. Tədbir Gəncənin mədəni həyatında poeziyanın tutduğu əhəmiyyətli yeri bir daha vurğuladı.

FOTOLAR

“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi — 1
“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi — 2
“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi — 3
“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi — 4
XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər