Tom Hidleston ikinci dəfə ata olacaq
Məşhur Hollivud aktyoru Tom Hidleston ikinci dəfə ata olmağa hazırlaşır.
Todaypress TV xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
44 yaşlı Hidleston və onun 40 yaşlı həyat yoldaşı, aktrisa Zeyv Eşton “Vogue” jurnalına verdikləri açıqlamada yenidən valideyn olacaqlarını bildiriblər.
Cütlük bu xəbəri Londonda "SXSW" festivalı çərçivəsində keçirilən "Çakın həyatı" (“Chuck’s Life”) filminin premyerasında da təsdiqləyib.
Türkan İsgəndərli