Muğamın səsi susdu...

Muğamın səsi susdu...
01.08.2025 12:35 Mədəniyyət

“Bir ordunun deyə bilmədiyini muğam tək başına çatdıra, eyni anda həm güldürüb, həm də ağlada bilər”.

Bu sözlər, Azərbaycanın görkəmli muğam ustası, Xalq artisti Arif Babayevə məxsusdur. Onun səsi, sənəti, nəfəsi ilə dirilən muğam bu gün onsuz qalıb. Klassik Azərbaycan muğam məktəbinin parlaq siması, yüzlərlə gənc xanəndənin yoluna çıraq olan sənətkar artıq aramızda yoxdur.

Bəs sənətə misilsiz töhfələr bəxş etmiş bu böyük şəxsiyyət kim idi?

TodayPress TV xəbər verir ki, Arif İmran oğlu Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində dünyaya gəlib. O, Segah, Şur, Arazbarı, Qarabağ şikəstəsi kimi muğamların mahir ifaçısı kimi tanınıb və bu janrların ruhunu öz səsi ilə yaşadıb.

Sənətkar 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib, əvvəlcə Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib, daha sonra Opera və Balet Teatrının səhnəsində "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib" kimi operalarda baş rollarda çıxış edib. Onun ifaları təkcə musiqi deyil, həm də milli kimliyin poetik və mənəvi təcəssümü idi.

1980-ci illərdən etibarən Arif Babayev pedaqoji fəaliyyətə başlayaraq, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında muğamın incəliklərini gənc ifaçılara öyrədib. Bu xidmətlərinə görə “Muğam professoru” fəxri adına layiq görülüb.

Arif Babayev zəngin sənət yolu boyu saysız-hesabsız mükafatlarla təltif olunub. 1989-cu ildə “Xalq artisti” adı, 1998-ci ildə “Şöhrət” ordeni, 2008-ci ildə “İstiqlal” ordeni, 2018-ci ildə “Şərəf” ordeni ilə mükafatlandırılıb. 2025-ci il mayın 8-də isə o, Azərbaycanın ən ali mükafatlarından biri olan “Heydər Əliyev mükafatı”na layiq görülüb.

Sənət yolunda daim mübarizə aparan ustad bir həqiqəti tez-tez dilə gətirirdi. Hər zaman bir tərəfinin yarım qaldığını deyirdi. Lakin bu nisgil uzun çəkmədi. O, doğulub boya-başa çatdığı Sarıhacılıya, ata ocağına qovuşdu. Aradan illər keçdikdən sonra torpağına ayaq basan sənətkarın dilindən səslənən bu sözlər isə duyğuların ən ucası idi:

"Şükür sənə, İlahi... Ölmədim torpağımı gördüm". 

Ağdamına qovuşsa da, səhhətindəki ciddi problemlər onu rahat buraxmadı. İyul ayının sonunda kəskin tənəffüs çatışmazlığı ilə xəstəxanaya yerləşdirilən Arif Babayev süni nəfəs aparatına qoşuldu. Bütün tibbi müdaxilələrə baxmayaraq, 2025-ci il avqustun 1-də ustad sənətkar əbədiyyətə qovuşdu.

Arif Babayevin vəfatı Azərbaycan mədəniyyəti üçün misilsiz itkidir. Onun ölməz səsi, yaratdığı muğam məktəbi və yetişdirdiyi yüzlərlə sənətkar uzun illər boyu yaşayacaq və gələcək nəsillərə yol göstərəcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 IYUN 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Bütün Xəbərlər