Monika Belluççi qocalmaqdan qorxmur

Monika Belluççi qocalmaqdan qorxmur
02.07.2025 18:15 Mədəniyyət

İtalyan aktrisa və model Monika Belluççi bildirib ki, qocalmaq təbii bir prosesdir və bundan qorxmur.

TodayPress TV xəbər verir ki, o, bu barədə "Marie Claire" jurnalına açıqlamasında deyib.

60 yaşlı ulduz qeyd edib ki, müxtəlif film rollarında bədənindən istifadə etməkdən hələ də zövq alır:

“20 və ya 30 yaşındayam kimi davranmağa çalışmaq qəribə olardı. Qocalmaq asan deyil, əlbəttə, amma bu, normal haldır. Yuxudan oyananda əlavə qırışlar görə bilərəm. Amma bu normaldır və nə qədər ki, ağrım yoxdur, kapuçinodan həzz alıb özümə nə qədər şanslı olduğumu deyirəm".

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər