Məşhur aktyor vəfat etdi
“Reketçi” filmindəki rolu ilə tanınan 53 yaşlı qazaxıstanlı aktyor Murat Bisenbin dünyasını dəyişib.
TodayPress TV xəbər verir ki, bu barədə aktyorun qızı Diana Bulatova "İnstagram” hesabında məlumat verib.
Xatırladaq ki, bir müddət öncə sənətçiyə xərçəng diaqnozu qoyulmuşdu. 2025-ci ilin dekabrında isə Diana Bulatova atasının insult keçirdikdən sonra xəstəxanaya yerləşdirildiyini və müalicə prosesinin davam etdiyini açıqlamışdı.
Qeyd edək ki, aktyor 2003-cü ildən etibarən 29 film və televiziya serialında, o cümlədən Rusiyanın “13 Klinik” (2022) serialında oynayıb.
Aysel Mətləb