Məşhur aktrisa Loretta Svift vəfat etdi

Məşhur aktrisa Loretta Svift vəfat etdi
31.05.2025 07:34 Mədəniyyət

Amerikalı aktrisa Loretta Svift vəfat edib.

TodayPress TV "Associated Press"ə istinadən xəbər verir ki, izləyicilərə Koreya müharibəsindən bəhs edən "MASH" serialında oynadığı Marqaret Hulihan rolu ilə tanış olan L. Svift 87 yaşında dünyasını dəyişib.

1972 - 1983-cü illərdə "CBS" telekanalında nümayiş olunan serial dövrünün rekord sayda izləyiciyə malik ekran əsərlərindən sayılıb. Belə ki, təkcə son seriyasını 100 milyon tamaşaçı izləyib.

Qeyd edək ki, publisist Harlan Boll aktrisanın yaşla əlaqəli səbəblərdən öldüyünü açıqlayıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər