“Klon”un məşhur aktyoru vəfat etdi
Braziliya seriallarının ulduzu Fransisku Kuoku 91 yaşında dünyasını dəyişib.
TodaypPress TV xəbər verir ki, bu barədə “G1” xəbər portalı məlumat yayıb.
Aktyor iyunun 19-da San-Pauluda vəfat edib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Fransisku Kuokunun sənət yolu 60 ildən çox davam edib. O, teatr, kino və televiziya sahələrində fəaliyyət göstərib. “Klon”, “Yeni qurban” və “Tropikanka” kimi seriallardakı rolları ilə tanınıb.
Qiymət Mahir