"Fort Boyard" geri qayıdır
"Fort Boyard" şousunun çəkilişlərinə 2025-ci ilin avqustunda başlanacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat verib.
Çəkilişlər bərpa edilmiş Kronştadt qalasında – “İmperator I Aleksandr” qalasında keçiriləcək. Tamaşaçılar yeni bölümləri 2025-ci ilin sentyabrında görə biləcəklər.
Layihə rəhbəri Kseniya Şoyqu bildirib ki, qalada aparılan restavrasiya işlərindən sonra orası həm turistlərin qalacağı yer, həm də kino çəkiliş meydançası olacaq.
Türkan İsgəndərli