Tədqiqat: Beyin nitqi metro kimi emal edir

Maraqlı

20.10.2025 18:45

Araşdırmalara görə, beyin nitqi emal edərkən məlumatı müxtəlif bölgələr arasında sanki metro xətləri kimi ötürür. 

TodayPress TV xəbər verir ki, bu mexanizm beynin eyni anda çoxlu sözləri qarışdırmadan emal etməsinə imkan verir. 

Tədqiqat zamanı iştirakçılar audiokitablara qulaq asıblar və alimlər maqnitoensefaloqrafiya (MEG) vasitəsilə beyin fəaliyyətini izləyiblər. Nəticələr göstərib ki, səslər, sözlər və mənalar eyni anda, lakin müxtəlif beyin sahələrində işlənir və ardıcıl şəkildə bir-birinə ötürülür - sanki qatarlar cədvəl üzrə stansiyalardan keçirlər.

Tədqiqatçılar qeyd edirlər ki, bu mexanizm beynin hətta sürətli nitq və ya səs-küy zamanı da informasiyanı aydın şəkildə başa düşməsini təmin edir.

Alimlərin fikrincə, yeni model beyin bölgələrinin bir-birindən sərt şəkildə ayrıldığı barədə köhnə təsəvvürləri dəyişir və nitq pozğunluqlarının, o cümlədən afaziyanın müalicəsində yeni yanaşmalara yol aça bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Beyin,Nitq,Metro,Danışıq,Todaypress.tv,