Soyuq havalara hazırlıq: Avtomobilinizi qışa necə hazırlamalısınız?

Maraqlı

28.09.2025 17:11

Payız-qış mövsümündə avtomobillərin vəziyyəti diqqətlə yoxlanılmalıdır.

"İlk növbədə akumulyatorun (AKB) vəziyyəti yoxlanmalı, elektrolit səviyyəsi kifayət qədər olmalı və təmiz olmalıdır. Lazım gəldikdə elektrolit və ya distillə edilmiş su əlavə edilməlidir". 

TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, bunu Avtoekspert Dmitri Matveyev bildirib.

Onun sözlərinə görə, soyutma sistemi də diqqətdə saxlanılmalıdır: maye səviyyəsi minimum və maksimum işarələr arasında olmalı, bulanıq maye dəyişdirilməli və yayda əlavə edilən su tamamilə çıxarılıb yeni antifrizlə əvəz olunmalıdır.

Həmçinin hərəkət hissəsinin elementləri qışa qədər yoxlanmalı, köhnə detallar dəyişdirilməlidir. Əyləc sistemi—qəliblər, disklər, əyləc mayesi və silindrlər—təhlükəsizlik üçün vacibdir, hər hansı nasazlıq buzlu yolda nəzarətin itirilməsinə səbəb ola bilər.

Son olaraq, Matveyev qapı, kapot, baqaj və yanacaq qapağı kilidlərini suya davamlı maddə və silikon yağları ilə qorumağı tövsiyə edib.

Jalə Rövşən

TodayPress TV


tag: Avtomobil,Payız-qış mövsümü,TodayPressTV,