Səmada yoxa çıxan ulduzlar aşkarlandı

Maraqlı

28.10.2025 18:30

Alimlər 1949-1957-ci illərdə Kaliforniyadakı Palomar Rəsədxanasında çəkilmiş şəkillərdə qəfil parlayan və sonra yoxa çıxan bir neçə sirli işıq nöqtəsi aşkarlayıblar. 

TodayPress TV xəbər verir ki, araşdırma "Scientific Reports" jurnalında dərc olunub.

Tədqiqat nəticəsində məlum olub ki, bu qısa parıltılar həmin illərdə baş tutan nüvə sınaqları ilə zaman baxımından üst-üstə düşür. Bu, alimlər tərəfindən ilk dəfə statistik olaraq sübut edilib.

Keçicilər bir şəkildə görünən, amma digərində artıq olmayan ulduzabənzər obyektlərdir. Onların mənşəyi hələ də aydın deyil. Tədqiqatçılar 2718 günlük müşahidə materiallarını təhlil edərək bu hadisələrin tarixlərini nüvə sınaqlarının təqvimi ilə müqayisə ediblər. Nəticələr göstərib ki, nüvə partlayışından sonrakı 24 saat ərzində belə parıltıların yaranma ehtimalı 45% artır.

Bu nəticələr naməlum anomal hadisələrin nüvə fəaliyyəti ilə əlaqəli ola biləcəyinə dair empirik sübutlar təqdim edir. Bununla belə, hadisələrin dəqiq səbəbi hələlik məlum deyil və araşdırmalar davam etdiriləcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ulduz,İşıq,Orbit,Qalaktika,Todaypress.tv,