74 il birlikdə yaşayan ər-arvad eyni gündə vəfat etdi
Braziliyalı ər-arvad - Odileta Panzani de Haro (92 yaş) və Paslal de Haro (94 yaş) 74 illik evlilikdən sonra eyni gündə dünyalarını dəyişiblər.
TodayPress TV xəbər verir ki, hadisə evliliklərinin ildönümündən cəmi iki gün sonra baş verib.
Cütlük bir-birini 15 və 18 yaşlarında tanıyıb, 1951-ci ildə ailə qurub və sonradan altı övlad böyüdüblər. Odileta evdar qadın, Paskal isə parça mağazasında işləyib. Onlar birgə yoxsullara yardım edən xeyriyyə təşkilatı da təsis edibilər.
Son illərdə Odileta Alzheimer xəstəliyindən əziyyət çəkirdi. Paskala da bağırsaq xərçənginin son mərhələsi diaqnozu qoyulub. Yaxınlarının dediyinə görə, o, həyat yoldaşı ilə eyni gündə vəfat etmək üçün dua etməyə başlayıb və duası qəbul olub.
Türkan İsgəndərli
tag: Braziliya,Cütlük,Evlilik,Ölüm,todaypress.tv,