Sahil kənarında yaşayanlar uzunömürlü olurlar - ARAŞDIRMA
Maraqlı
05.08.2025 19:45
Dəniz sahilində yaşayan insanlar orta hesabla bir il daha uzun ömür sürürlər. Bu insanların gözlənilən ömrü təxminən 80 ildir. Şəhərlərdə yaşayan insanların ömrü isə 78 ilə qədərdir
TodayPress TV xəbər verir ki, Ohayo Dövlət Universitetinin tədqiqatçıları insanların yaşadıqları yerin ömür uzunluğuna təsirini araşdırıblar.
Onlar 66,263 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqatı aparan mütəxəssislər bildiriblər ki, sahil bölgələrində hava daha təmizdir, havalar çox isti və ya çox soyuq olmur, insanlar açıq havada daha çox fiziki fəaliyyət göstərə bilir.
Daxili su hövzələri, yəni göllər və çaylar yaxınlığında yaşayan kənd sakinlərinin də ömrü bir qədər uzun olur. Amma bu təsir sahil zonaları qədər güclü deyil.
Şəhərlərdə ömrün qısa olmasının səbəbləri arasında çirklənmə, yoxsulluq, fiziki fəaliyyət üçün təhlükəsiz sahələrin azlığı və daşqın riski var.
Mütəxəssislər düşünürlər ki, insanların sağlamlığı və uzun ömür sürməsi üçün yaşadıqları mühitin böyük əhəmiyyəti var.
Türkan İsgəndərli
tag: Sahil,Dəniz,Ömür,Həyat,Todaypress.tv,