Yuxulara təsir edən qidalar açıqlandı
Maraqlı
26.09.2025 18:30
Axşam saatlarında qəbul edilən bəzi qidalar insanların yuxusuna mənfi təsir göstərərək qorxulu və narahatedici yuxulara səbəb ola bilər.
TodayPress TV xəbər verir ki, üsusilə bəzi stimullaşdırıcı və ağır qidalar beynin yuxu zamanı fəaliyyətini dəyişdirir və nəticədə kabuslar daha tez-tez görünə bilər.
Qida mütəxəssisləri və neyrofizioloqların fikrincə, bu təsiri artıran başlıca məhsullardan biri şokoladdır. Onun tərkibindəki stimullaşdırıcı maddələr yuxunun dərin fazalarına mənfi təsir göstərərək intensiv və xoşagəlməz yuxulara səbəb ola bilər.
Bununla yanaşı, axşam saatlarında kartof fri, makaron, pendir və qırmızı ət kimi ağır və yağlı qidalardan da uzaq durmaq tövsiyə olunur. Bu məhsullar həzmi çətinləşdirir və bədən yuxu rejiminə keçməkdə çətinlik çəkir.
İçkilər arasında isə alkoqol və həddindən artıq kofein tərkibli içkilər yuxu keyfiyyətini ciddi şəkildə poza bilər. Bu içkilər yuxu fazalarının normal axışını pozaraq narahat və bölünmüş yuxulara səbəb olur.
Mütəxəssislər axşam menyusunda daha yüngül və rahatlaşdırıcı qidaların yer almasını tövsiyə edir. Meyvələr, tərəvəzlər və bitki çayları həm mədə-bağırsaq sistemini yormur, həm də bədəni yuxuya hazırlayaraq daha sakit və dərin yuxuya keçidi asanlaşdırır.
Türkan İsgəndərli
tag: Şokolad,Yuxu,Kartof,Qida,Todaypress.tv,
