Ukrayna qənaət rejiminə keçdi: Bütün büdcə yalnız müharibəyə!

Ukrayna qənaət rejiminə keçdi: Bütün büdcə yalnız müharibəyə!
28.09.2026 21:09 Dünya

Ukrayna hökuməti prioritet sahələr istisna olmaqla, büdcə xərclərini bütün istiqamətlər üzrə dondurur.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib. Onun sözlərinə görə, qərar yeni tikinti, yenidənqurma və kritik əhəmiyyət daşımayan əsaslı təmir işlərinə, eləcə də park, xiyaban və fəvvarələrin abadlaşdırılması, küçələrdə daş döşənməsi kimi layihələrə şamil olunur.

Baş nazir qeyd edib ki, ilk növbədə müdafiə xərcləri, pensiyalar və sosial ödənişlər, həmçinin müəllimlər, həkimlər və digər büdcə təşkilatlarında çalışanların əməkhaqları maliyyələşdiriləcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər