Qərbdən əfqan qaçqınlara SƏRT QƏRAR: Yeni deportasiya dalğası başlayır?
Qərb ölkələri əfqan qaçqınlara sığınacaq siyasətini sərtləşdirir.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində bildirilib.
"Artıq lüzumsuz hala gələn əfqan qaçqınlardan azad olunma prosesi vüsət alır. KİV-də Avropa İttifaqı ölkələrinin "readmissiya"ya məruz qalan Əfqanıstan vətəndaşlarının sənədləşdirilməsi üçün "Taliban" diplomatlarını akkreditasiyadan keçirməsi barədə xəbərlər yayılır", - deyə diplomatın şərhində qeyd olunur.
Zaxarova qeyd edib ki, problemlərlə üzləşən Qərb sənədlərin rəsmiləşdirilməsi qaydalarını sərtləşdirərək və eyni zamanda onların deportasiyası prosesini intensivləşdirərək bu insanlara sığınacaq verilməsinə yanaşmanı köklü şəkildə dəyişir. Onun sözlərinə görə, respublika rejiminin keçmiş məmurları və hərbçiləri üçün bu, onların vətənə məcburi qaytarılması deməkdir, burada onlar xain kimi dəyərləndirilə bilərlər.
XİN nümayəndəsi xüsusilə vurğulayıb ki, bu məsələdə hamıdan irəli Almaniya gedib. Belə ki, bu ölkə miqrasiya qanunvericiliyini pozmaq və müxtəlif cinayətlər törətmək bəhanəsi ilə əfqanların vətənlərinə deportasiyası üzrə artıq bir neçə aviareys təşkil edib.
Aysel Mətləb