İnsan təkamülü ilə bağlı yeni məlumatlar ortaya çıxdı
Maraqlı
29.09.2025 19:45
Çində tapılan milyon illik kəllə sümüyünün rəqəmsal bərpası insanın təkamülü ilə bağlı fikirləri dəyişə bilər.
Kəllə 1990-cı ildə Hubei əyalətində aşkar edilib və “Yunxia 2” adlanırdı. Uzun müddət onun "Homo erectus"a aid olduğu düşünülürdü.
TodayPress TV xəbər verir ki, lakin yeni araşdırmalar kəllənin daha yeni bir növə "Homo longi2"-yə və hətta "Homo sapiens"in yaxın qohumuna aid ola biləcəyini göstərir.
Bu, müasir insanın düşündüyümüzdən 400.000 il əvvəl meydana çıxmış ola biləcəyini deməyə əsas verir.
Alimlər kəllə sümüyünü bərpa etmək üçün kompüter tomoqrafiyası və digər qabaqcıl texnologiyalardan istifadə ediblər. Nəticələr göstərir ki, "Homo sapiens", "Neandertal"lar və onlara yaxın digər insan növləri Asiyada eyni vaxtda yaşaya və bir-biri ilə qarışa biliblər.
Tədqiqatçılar bildirirlər ki, bu kəşf Şərqi Asiyanın insan təkamülündə mühüm rol oynadığını göstərə bilər. Yeni araşdırma həm də müasir insanın yalnız Afrikada yaranması fikrini şübhə altına alır.
Türkan İsgəndərli
tag: Çin,Kəllə,Neandertal,Homo sapiens,Todaypress.tv,
