Kino janrlarının psixikaya təsiri aşkarlandı

Maraqlı

19.07.2025 19:15

Müxtəlif kino janrları insan psixikasına fərqli təsir göstərir.

TodayPress TV xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

Komediyalar endorfinlərin – “xoşbəxtlik hormonları”nın – ifrazını stimullaşdıraraq terapevtik təsirə malikdir və stresli vaxtlarda tövsiyə olunur.

Dramatik filmlər isə emosional boşalma və empatiyanı inkişaf etdirir, lakin həddindən artıq eyni məzmun melankoliya yarada bilər. Güclü psixoloji həssaslıq zamanı belə janrlardan uzaq durmaq məsləhətdir.

Qorxu filmləri bəzi insanlara adrenalin verir və fobiyalarla mübarizədə kömək edir, amma həssas insanlar üçün bu janr gərginliyi artırıb aqressivliyə səbəb ola bilər.

Trillerlər isə həm emosional yüklənmə yaradır, həm də narahatlığı artırır; onlar diqqəti yayındırsa da, tez-tez baxmaq depressiya və yuxusuzluğa səbəb ola bilər.

Ekspertlər vurğulayır ki, psixika bəzən izləyici üçün uyğun janrı özü seçir və bu, daxili ehtiyacları əks etdirir. Buna görə film seçimində diqqətli olmaq vacibdir.

Töhfə Səməd

tag: Kino,Janr,Komediya,Dram,Todaypress.tv,